...

Şou-biznes nümayəndələri və daha kimlər sadələşdirilmiş vergi ödəyicisi olacaq? (SİYAHI)

Cəmiyyət Materials 14 Dekabr 2016 13:27 (UTC +04:00)
Toylarda və digər mərasimlərə iştirak edən rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq.
Şou-biznes nümayəndələri və daha kimlər sadələşdirilmiş vergi ödəyicisi olacaq? (SİYAHI)

Bakı. Azad Həsənli - Trend:

Toylarda və digər mərasimlərə iştirak edən rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq.

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.

Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub.

Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcəklər:

Faəliyyət növü

Aylıq məbləğ (AZN)

Toylarda və digər mərasimlərdə iştirak edən aparıcılar, rəqqaslar, aşıqlar, parodiyaçılar və digər oxşar peşə nümayəndələri

30

Foto və video çəkilişləri, eləcə də audio yazı sahəsində fərdi fəaliyyət (fotostudiyalar istisna olmaqla)

30

Pinəçilər və sənətkarlar

5

Televizor, soyuducu və digər məişət əşyalarının təmiri

10

Fərdi evlərdə xidmətçilər, ev təsərrüfatında təmizlik fəaliyyəti, xəstələrə, qocalara və uşaqlara qulluq, fərdi sürücü, bağban, aşpaz və digər oxşar peşələr

10

Emalatxana işləri

20

Yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:

- Bakı (kənd və qəsəbələr daxil olmaqla) - 2
- Gəncə, Sumqayıt, Xirdalan - 1,5
- Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan - 1
- Digər şəhər və rayonlar - 0,5

Məqalədə:
Xəbər lenti

Xəbər lenti