...

AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçilmək üçün sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 14 Dekabr 2016 17:40 (UTC +04:00)
. Azərbaycan Milli Elmlər Akademiyasına AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçilmək istəyən alimlər üçün sənəd qəbuluna başlayıb.
AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçilmək üçün sənəd qəbulu başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçilmək istəyən alimlər üçün sənəd qəbuluna başlanılıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın həqiqi üzvləri (akademikləri) Azərbaycan vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.

AMEA-nın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan vətəndaşları sırasından seçilirlər.

“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan edilmiş ixtisaslar üzrə həqiqi və müxbir üzvlər, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir. AMEA üzvlüyünə irəli sürülən namizədlər sənədlərini 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti