Bakı. Samir Əli - Trend:
Hava şəraiti ilə əlaqədar Lerik rayonunda elektrik enerji təminatında baş verən problemlər dərhal aradan qaldırılıb.
Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, vətəndaşlardan daxil olan fərdi müraciətlər əsasında rayon ərazisində problem yaranan yerlərə baxış keçirilib. T.Mustafayev yaranan problemlərin dərhal aradan qaldırıldığını deyib:
"Hazırda ölkə ərazisində elektrik enerjisinin fasiləsiz təminatında problem yoxdur".