...

Bu il Azərbaycanda 53 əcnəbi məhbus öz ölkəsinə təhvil verilib

Cəmiyyət Materials 16 Dekabr 2016 08:05 (UTC +04:00)
Azərbaycanda cinayət törətdikləri üçün azadlıqdan məhrum edilmiş 53 məhkum öz ölkəsinə təhvil verilib.
Bu il Azərbaycanda 53 əcnəbi məhbus öz ölkəsinə təhvil verilib

Bakı. Samir Əli - Trend:

Bu il ərzində Azərbaycanda cinayət törətdikləri üçün azadlıqdan məhrum edilmiş 53 xarici ölkə vətəndaşı öz ölkəsinə təhvil verilib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Həmin məhkumlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

Nazirlikdən bildirilib ki, həmçinin il ərzində müxtəlif xarici ölkələrdə cinayət törətdiyi üçün azadlıqdan məhrum edilmiş 54 azərbaycanlı məhkum Azərbaycana təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti