...

Azərbaycandan 20 300 dollar çıxarmaq istəyən şəxs hava limanında yaxalandı

Cəmiyyət Materials 16 Dekabr 2016 10:12 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.
Azərbaycandan 20 300 dollar çıxarmaq istəyən şəxs hava limanında yaxalandı

Bakı. Samir Əli - Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkçəsinin cibindən 20.300 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti