...

BANM-in Prezident təqaüdçüsü: Uşaqlıqdan kosmonavt olmaq istəmişəm

Cəmiyyət Materials 16 Dekabr 2016 10:54 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Əşrəf Abbasov cavablandırır.
BANM-in Prezident təqaüdçüsü: Uşaqlıqdan kosmonavt olmaq istəmişəm

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Əşrəf Abbasov cavablandırır.

- Zəhmət olmasa özünüz haqqında ətraflı məlumat verin.

- Abbasov Əşrəf Namiq oğlu, 1999-cu il aprelin 26-da Bakıda anadan olmuşam. 2005-ci ildə 98 saylı məktəbin I sinfinə getmişəm. 2016-cı ildə həmin məktəbi əlaçı olaraq bitirmişəm. Bildiyiniz kimi, bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Əziyyətli idi, amma bu dövrü keçməyə dəyərdi. Hər bir abiturient kimi məndə də imtahan həyəcanı var idi. Hər şey yaxşı qurtardı.

- Nə qədər bal topladınız?

- 685 bal toplamışam.

- Niyə məhz BANM-i seçdiniz?

- BANM-i seçməyim təsadüfi olmadı. Çünki Ali Məktəbimizin Azərbaycanın ən qabaqcıl, ən yaxşı ali təhsil müəssisələrindən biri olduğunu düşünürəm.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Əlbəttə, valideyinlərimin, xüsusilə də anamın böyük rolu var. Uşaqlara təhsil almanın vacibliyini aşılamaq lazımdır. Məncə, anam da bunu çox yaxşı bacarıb.

- Ən böyük arzunuz?

- Uşaqlıqdan kosmonavt olmaq istəmişəm. Absurd səslənsə də, hələ də ən böyük arzum nə vaxtsa kosmonavt olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Gələcəkdə istedadlı mütəxəssis olacağımı düşünürəm. Çünki təhsil aldığım ixtisas çox lazımlı və gələcək üçün tələb olunan sahədir.

- Hobbiniz nədir?

- Stolüstü tenis oynamağı sevirəm, bunu özüm üçün hobbi hesab edirəm.

- Başqa hansı maraqlarınız var?

- Skeyt sürmək, kubik-rubik yığmaq, oriqami.

- Hansı janrda kitabları oxuyursunuz?

- Əsasən, dram janrında olan kitabları sevirəm. Komikslərlə də maraqlanıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti