...

Azərbaycanlı müəllifdən fərdi inkişafla bağlı əsər

Cəmiyyət Materials 16 Dekabr 2016 12:47 (UTC +04:00)
Dekabrın 17-də diksiya təlimçisi, aparıcı Cəlalə Nəzəroğlunun "Danışığınla həyatı qazan" kitabının 5-ci imza mərasimi keçiriləcək.
Azərbaycanlı müəllifdən fərdi inkişafla bağlı əsər

Bakı. Trend:

Dekabrın 17-də diksiya təlimçisi, aparıcı Cəlalə Nəzəroğlunun "Danışığınla həyatı qazan" kitabının 5-ci imza mərasimi keçiriləcək. Trend-in məlumatına görə, Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə reallaşacaq.

Kitab 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 40% endirimlə təqdim olunacaq.

Qeyd edək ki, “Danışığınla Həyatı Qazan” kitabında müxtəlif nitq problemlərini aradan qaldıran sistemli məşqlər, dolğun səsə sahib olmağın üsulları, bədən dili, xüsusi mərasimlər üçün şablon çıxışlar, iş görüşündə, şəxsi münasibətlərdə ilk görüşdə danışıq qaydaları, düzgün nəfəs almağın yolları, danışığı ilə uğur qazanmışların həyat hekayələri, intonasiyalı, təsirli danışmağın, toplum qarşısında sərbəst nitq söyləməyin qaydaları və sair vacib məsələlər əksini tapıb. Nəfis tərtibatda olan kitabda 150-dən çox rəngli şəkildən istifadə olunub.

İmza mərasimi saat: 11:00-13:00 aralığında baş tutacaq. Bütün kitab həvəskarları dəvətlidir.

Məkan: ATGTİ-nin qərargahı ( 28 may küçəsi, 9/13; 23 nömrəli məktəblə üzbəüz)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti