...

Paytaxtda yeni piyada keçidinin inşasına başlanılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Dekabr 2016 15:21 (UTC +04:00)
Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb.
Paytaxtda yeni piyada keçidinin inşasına başlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Keçiddə fiziki qüsurlu insanların hərəkəti üçün panduslar quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti