...

Xəzərdə baş vermiş hadisə ilə bağlı cinayət işi açıldı

Cəmiyyət Materials 16 Dekabr 2016 19:09 (UTC +04:00)
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəzərdə baş vermiş hadisə ilə bağlı cinayət işi açıldı

Bakı. Trend:

Xəzər dənizində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat ximətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar hadisənin texniki səbəblərinin müəyyən edilməsi, müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən xüsusi biliklərə malik olan mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurətini nəzərə alaraq faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti