...

Ukraynanın Nikolayev şəhərində Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2016 17:28 (UTC +04:00)
Nikolayev Vilayət Birləşmiş Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə qarşıdan gələn 31 dekabr Dünya Azrbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib.
Ukraynanın Nikolayev şəhərində Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı-Trend:

Nikolayev Vilayət Birləşmiş Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə qarşıdan gələn 31 dekabr Dünya Azrbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, Nikolayev şəhər meriyasının rəsmi nümayəndələri və Azərbaycan diasporunun fəalları iştirak ediblər. Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları ilə başlayan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri A.Xudiyev çıxış edərək əsrlər boyu dünyanın müxtəlif ölkələrinə səpələnmiş dünya Azərbaycanlılarının vahid dövlətçilik məvkurəsi ətrafında birlışməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və bölgədə həyata keçirilən qlobal sosial-iqtisadi layihələr haqqında ətraflı məlumat verən səfir tədbirə qatılanları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib.

Tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri R.Tağıyev, Nikolayev Vilayət Birləşmiş Azərbaycanlıları Konqresinin sədri Yunus Əliyev və digər şəxslər çıxış edərək təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın müxtəlik ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın milli məfkurə bayramına çevrildiyini bildiriblər. Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən bəhs edən natiqlər, qarşıdan gələn Yeni il və həmrəylik günü münasibəti ilə dost Azərbaycan və Ukrayna xalqlarına sülh və əminamanlıq arzulayıblar. Nikolayev vilayətində yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə rəngarəng konsert proqramı nümayiş etdirilib.

Sonra Azərbaycanın Ukraynadakı səfiri A.Xudiyev Nikolayev şəhərinin meri Aleksandr Sankeviçlə görüşüb. Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan şəhər meri, Ukraynanın inkişaf etmiş aqrar sənaye bölgələrindən olan Nikolayevlə Azərbaycanın müvafiq bölgələri arasında iqdisadi, ticarət, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Nikolayevdəki Azərbaycan disporunun rəhbəri Y.Əliyevin şəhərin ictimai, mədəni həyatında fəal iştirak etdiyini qeyd edib. O, vilayətin sosial iqtisadi tədbirlərinə daima dəstək verən gənc azərbaycanlı iş adamı Anar Axundovun merin müşaviri təyin olunduğunu diqqətə çatdırıb.

Nikolayev şəhər rəhbərliyinə Azərbaycanın sosial iqtisadi inkişaf strategiyası haqqında məlumat verən səfir A.Xudiyev ölkəmizdə kənd təsərrüfatı və aqrosənaye komplekslərinin inkişafına ayrılan xüsusi diqqətdən bəhs edib. Bu sahədə Nikolayev vilayətində fəaliyyət göstərən aqrosənaye kompleksləri və sənaye müəssisələri ilə Azərbaycanın analoji qurumları arasında faydalı əməşdaşlığın qurulmasının vacibliyini bildirib. Ölkəmizdə səmərəli investisiya mühitindən bəhs edən səfir A.Xudiyev Azərbaycanla işbirliyinə maraq göstərən ukraynalı iş adamlarına istənilən dəstəyi verməyə hazır olduğunu vurğulayıb.

Səfir A.Xudiyev Nikolayevə səfəri çərçivəsində bu vilayətdə fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları ilə görüşüb. O, soydaşlarımızın qayğı və problemləri ilə maraqlanıb və səfirlik olaraq onlara istənilən vaxt yardımçı olmağa hazır olduğunu qeyd edib. Sonra tədbir iştirakçıları Nikolayev vilayətinin Berezanski rayonunda Taqanroq Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Abidənin önünə tər çiçəklər qoyublar.

Səfir A.Xudiyevə abidə kompleksi haqqında ətraflı məlumat verən Berezanski veteranlar birliyinin sədri Nikolay Nikolayeviç Qafqazdan tutmuş Berlinə qədər rəşadətli döyüş yolu keçmiş Azərbaycan Taqanroq diviziyasının qəhrəmanlıq salnaməsindən bəhs edib. Vaxtilə qəhrəman diviziyanın qərargahı yerləşən yerdə onların xatirəsinə möhtəşəm abidə kompleksinin ucaldılmasına maliyyə təstəyi ayıran Azərbaycan diasporunun rəhbəri Y.Əliyevə minnətdarlığını bildirib. Anım mərasimində səfir A.Xudiyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev abidə kompleksinin önünə 2 yolka ağacı əkməklə, qəhrəman Azərbaycan oğullarının xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti