...

Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik? - MÜSABİQƏ (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2016 09:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” mövzusunda ali məktəb tələbələrinin iştirakı ilə bilik müsabiqəsi təşkil edib.
Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik?  - MÜSABİQƏ (FOTO)

Bakı. Trend:

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” mövzusunda ali məktəb tələbələrinin iştirakı ilə bilik müsabiqəsi təşkil edib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, müsabiqə Qafqaz Albaniyasının şəhərlərini, abidələrini öyrənmək məqsədi daşıyır.

Müsabiqəyə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri cəlb olunublar. Bilik Fondunda təşkil olunan müsabiqənin sualları Azərbaycan tarixinin erkən orta əsrlər dövrünü əhatə edib.

İştirakçılar Qafqaz Albaniyasının qədim şəhəri, Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri kimi tanınan və monqol işğalı nəticəsində dağıdılan Şəmkir şəhəri, Qarabağın Alban dövrü şəhərləri və abidələri, Alban Apostrol kilsəsi ilə bağlı suallara cavab veriblər. 3 turdan ibarət müsabiqədə “Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan mağara-məbədlər, bu abidələr ilə bağlı tarixi-kulturoloji məqamlar tələbələr aydınlıq gətirməyə çalışıblar.

Bilik müsabiqəsinin nəticələrini münsiflər heyətinin üzvləri - Azərbaycanın tanınmış alimləri tarix elmləri doktoru, Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev qiymətləndirərək, tələbələrə tövsiyələrini veriblər. Sonda Bakı Dövlət Universitetinin tələbələri qalib elan olunub və onlara diplomlarla təqtim edilib.

Müsabiqənin yekunu olaraq, Tarixçi Tələbələr Klubu yaradılıb.

Azərbaycan multikulturalizminin ilkin qatlarından olan Qafqaz Albaniyasının tarixini - şəhərlərini, abidələrini, mədəniyyətini öyrənmək məqsədi ilə iki ildir silsilə tədbirlər keçirilir. Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər rəngarəngliyi və mövzularının əhatə dairəsi ilə bir-birindən fərqlənib. Azərbaycan Prezidenti ilham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Multikulturalizm ili elan olunması bu istiqamətdə görülən işlər sürətləndirilib və effektivliyi artırılıb. Təşkilatçılar Qafqaz Albaniyasının öyrənilməsi istiqamətində coğrafi yerlərlə tanışlıq məqsədi ilə turlar təşkil edib, xarici qonaqların təmsil olunduqları konfranslar keçirib, alimlərin müxtəlif bölgələri əhatə edən elmi mühazirələri təşkil olunub, KİV orqanlarında müzakirələr açılıb. Ən qədim yaşayış məskənlərimizin haqqında yeni bilgilərin əldə olunması və təbliğatının aparılması istiqamətində fəaliyyət davamlı xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti