...

Bakıda tələblərə cavab verməyən avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Dekabr 2016 11:19 (UTC +04:00)
Paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin tələblərinə cavab vermir.
Bakıda tələblərə cavab verməyən avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Marşrutların müvəqqəti istismara verilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müsabiqə yolu ilə həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu sahədə mövcud vəziyyətin normallaşdırIlması istiqamətində 2017-ci ildə kompleks tədbirlər görülməsi nəzərdə tutulub: "Maddi-texniki bazası tələblərə cavab verməyən daşıyıcılar mərhələli şəkildə sərnişindaşıma sistemindən kənarlaşdırılacaq. İlk belə müsabiqə 2017-ci ilin yanvar ayına nəzərdə tutulub".

V.Kərimli qeyd edib ki, paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin tələblərinə cavab vermir:

"Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 marşrutdan cəmi 17-nin maddi-texniki istehsalat bazası var, əksəriyyəti qoyulan tələblərə cavab vermir. Təəssüflər olsun ki, bu gün hələ də bir sıra marşrut avtobusları xəttə qarajlardan deyil, müxtəlif məhəllələrdən çıxır".

Baş direktor əlavə edib ki, hazırda Bakı şəhərində sərnişindaşımada 58 marşrut üzrə 2100 avtobus istifadə edilir. Agentlik sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar marşrut xətlərində mütəmadi yoxlamalar aparır, yaranan nöqsanlar aradan qaldırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti