...

Azərbaycanda yeni Ali Şura yaradıla bilər

Cəmiyyət Materials 21 Dekabr 2016 11:52 (UTC +04:00)
Azərbaycanda Elm və Texnologiya üzrə Ali Şura yaradılmalıdır.
Azərbaycanda yeni Ali Şura yaradıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda Elm və Texnologiya üzrə Ali Şura yaradılmalıdır. Bu şuranın qərarı bütün elmi təşkilatlar üçün məcburi olmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib.

Akademik qeyd edib ki, yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələbələrə ötürülməsi üçün yeni effektiv mexanizmlər hazırlanmalıdır:

"Bəzi hallarda magistratura pilləsində dərslər bakalavr pilləsindəki dərslərin genişləndirilmiş formasında həyata keçirilir. Bu istiqamətdə yeni tədbirlərin keçirilməsi lazımdır. Niyə gənc tədqiqatçılar ilkin tədqiqatlarını unikal cihazlarda aparmasınlar?! Bu, onların elmə marağını artırar, onlarda elmə vurğunluq yaradar".

A.Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistura təhsilinin yaradılmasıdır.

A.Əlizadə elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinə ehtiyac olduğunu bildirib:

"Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrimiz isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidirlər. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşdırılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti