...

Azərbaycanda elmi fəaliyyət akkreditasiya olunacaq

Cəmiyyət Materials 21 Dekabr 2016 11:55 (UTC +04:00)
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin akkreditasiyası üçün mexanizmlər hazırlanır.
Azərbaycanda elmi fəaliyyət akkreditasiya olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin akkreditasiyası üçün mexanizmlər hazırlanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib.

A.Əlizadənin sözlərinə görə, mexanizmin hazırlanmasında əsas məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır.

Akademik qeyd edib ki, qarşıda qoyulan ən mühüm məsələlərdən biri tədqiqat universiteti statusunun müəyyənləşdirilməsi ilə bağlıdır:

"Hesab edirəm ki, tədqiqat universiteti" elm və təhsilin inteqrasiyası üçün olduqca uğurlu bir modeldir. Hazırda AMEA-da tədqiqat universitetlərinə qoyulan tələblərin, standartların müəyyənləşdirməsi üçün xüsusi komissiya fəaliyyət göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti