...

Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması müraciətlərin sayını azaldıb

Cəmiyyət Materials 21 Dekabr 2016 12:57 (UTC +04:00)
Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması cari ildə bu sahələrlə bağlı müraciətlərin sayının azalması ilə müşahidə edilib.
Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması müraciətlərin sayını azaldıb

Bakı. Trend:

Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması cari ildə bu sahələrlə bağlı müraciətlərin sayının azalması ilə müşahidə edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən əmək və sosial müdafiə, tibbi sosial ekspertiza və reabilitasiya sahələrində xidmətlərin məmur-vətəndaş təmasları mümkün olmadan, avtomatlaşdırılmış infrastrukturunun genişləndirilməsi nazirliyə qəbul üçün müraciət edənlərin sayının azalması ilə müşahidə edilir.

Belə ki, nazirliyə qəbul üçün müraciət edən şəxslərin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə bu ilin sentyabr ayında 16,2 faiz, oktyabr ayında 32 faiz, noyabr ayında isə 26,1 faiz azalıb. O cümlədən müraciət edən şəxslərin sayında əvvəlki ilin eyni dövrünə nisbətən cari ilin noyabr ayında sosial müdafiə məsələləri ilə əlaqədar 20,5 faiz, tibbi sosial ekspertiza və reabilitasiya məsələləri ilə əlaqədar 2,3 dəfə, məşğulluq məsələləri ilə əlaqədar 16,5 faiz, əmək qanunvericiliyinə əməl olunması məsələləri ilə əlaqədar 30 faiz azalma qeydə alınıb.

Ötən ay əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 69 nəfər (o cümlədən “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu Cədvəli” nə uyğun olaraq Zərdab rayonunda 64 nəfər və nazirlikdə 5 nəfər) fərdi qaydada qəbul edilib. Həmçinin digər müraciət edən vətəndaşlar nazir müavinləri və aparat rəhbəri, nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Hər bir müraciətə diqqət və qayğı ilə yanaşılıb, onların obyektiv şəkildə cavablandırılması təmin edilib.

Müraciətlərin əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair sorğu xarakteri daşıyıb və belə müraciətlərlə əlaqədar vətəndaşlar aidiyyəti üzrə izahatlandırılıb. Sosial qanunvericiliklə əlaqədar aidiyyəti mövzularda onlara məlumatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti