...

"Azərbaycan xalq mahnıları" elmi seminarı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2016 13:46 (UTC +04:00)
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının təqdimatı ilə “Azərbaycan xalq mahnıları” adlı elmi seminar keçirilib.
"Azərbaycan xalq mahnıları" elmi seminarı keçirilib  (FOTO)

Bakı. Trend:

BDU-nun Filologiya fakültəsinin “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının təqdimatı ilə “Azərbaycan xalq mahnıları” adlı elmi seminar keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, seminar balaca aşıqların ifası ilə başlayıb. Tədbirin aparıcısı dosent Könül Həsənova elmi seminarı açaraq sözü “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının müdiri professor Səhər Orucovaya verib. S.Orucova milli-mənəvi dəyərlərdən, ölkədə xalq sənətinə verilən yüksək qiymətdən söz açıb.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tədbirin əhəmiyyətindən danışaraq bəzi xalq mahnılarının qədimliyindən bəhs edib. Fikrət Əmirov adına 6 nömrəli musiqi məktəbinin direktoru, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Adilə Yusifova xalq mahnıları ilə bağlı maraqlı tarixi faktları söyləməklə yanaşı, tədbir iştirakçılarını xalq mahnılarının ilk dəfə çap olunduğu kitabların orijinal nüsxələri ilə tanış edib.

Fikrət Əmirov adına 6 nömrəli musiqi məktəbinin müəllim və şagirdləri tədbirə rəng qatıb. Kafedranın magistrları Aynurə Allahverdiyeva “Sarı gəlin”, Jalə Rüstəmova “Qaragilə”, Arzu Həsənli “Laçın”, Elfanə Qəniyeva “Xalq mahnılarında bülbül sevən aşiq kimi”, Ayşən İbrahimzadə “Xalq mahnılarında alma”, Gözəl Quliyeva “İrəvanda xal qalmadı”, doktorant Jalə Nağıyeva “Xalq mahnısı kimi tanınan müəllifli mahnılar” mövzularında maraqlı çıxış ediblər. Filologiya fakültəsinin I kurs tələbələri Şəms Həmzəyeva, Aytac Yusifli, III kurs tələbəsi Xədicə Rzayeva, Tətbiqi riyaziyyat fakültəsinin III kurs tələbələri Maya Nuriyeva, Nəzrin İsmayılova, Beynəlxalq münasibətlərin I kurs tələbəsi Anar Yusifovun ifasında xalq mahnıları səsləndirilib. Tarda Hacı Həsənzadə, kamançada Vüsal Dadaşlının müşayiəti ilə xanəndə Eldəniz Nəbiyev tədbir iştirakçıların könlünü oxşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti