...

Professor Əziz Əsədovun 100 illik yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2016 18:09 (UTC +04:00)
Bakı Dövlət Universitetində Azərbaycanda hüquq elminin inkişafında, ixtisaslı hüquqşünas kadrların yetişdirilməsində mühüm rol oynamış görkəmli alim, professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Professor Əziz Əsədovun 100 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Azərbaycanda hüquq elminin inkişafında, ixtisaslı hüquqşünas kadrların yetişdirilməsində mühüm rol oynamış görkəmli alim, professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq Ə.Əsədovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin bəzi məqamlarına diqqət çəkib. Bildirib ki, 1949-cu ildən başlayaraq ömrünün və fəaliyyətinin uzun illəri Bakı Dövlət Universiteti ilə bağlı olan Əziz müəllim baş müəllimlikdən kafedra müdiri vəzifəsinədək yüksəlib. Ömrü boyu istər universitetdə, istərsə də digər yerlərdə rəhbər vəzifələr tutan Ə.Əsədov tələbələrini daim oxumağa, öyrənməyə səsləyib, onlara düzgün yol göstərib, elmdə və hüquqşünaslıq fəaliyyətində doğru istiqamət verib. Ə.Əsədovun araşdırmaların nəzəri-metodoloji əhəmiyyətinin həmişə yüksək dəyərləndirildiyini söyləyən rektor qeyd edib ki, bu gün gələcək hüquqşünaslara peşə sirlərini öyrədən müəllimlər, eləcə də universitet auditoriyasında dərs alan tələbələr Əziz müəllimin elmi məqalələri, monoqrafiya, dərslik və dərs vəsaitlərindən bəhrələnirlər.

Sonra Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin məruzəsi dinlənilib. Professor bildirib ki, 1949-1950-ci illərdə Mülki hüquq kafedrasında baş müəllim, 1951-1972-ci illərdə dosent vəzifəsində çalışan Ə.Əsədov 1954-1968-ci və 1973-1990-cı illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib. Sonradan isə fəaliyyətini professor kimi davam etdirib. Ə.Əliyev, eyni zamanda, professor Ə.Əsədovun tələbələrinə münasibətindən, tələbkarlığından, tədqiqat işlərindən, ictimai faliyyətindən də bəhs edib.

Sonra Hüquq fakültəsinin kafedra müdirləri, professor Firudin Səməndərov, Məhəbbət Dəmirçiyeva, o cümlədən dosent Bağır Əsədov, İbrahim Vəliyev və digərlərinin çıxışları dinlənilib. Qeyd edilib ki, dünyasını dəyişdiyi vaxtdan 25 il keçməsinə baxmayaraq, Əziz müəllimin xatirəsi həm onu tanıyanlar, həm də gənc nəsil tərəfindən əziz tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti