...

Mübariz Qurbanlı: Dərsliklərdə dinlə bağlı məlumatlar var, amma...

Cəmiyyət Materials 22 Dekabr 2016 09:50 (UTC +04:00)
Orta məktəblərimizin “Tarix” və “Həyat bilgisi” dərsliklərində dinlə bağlı məlumatlar var. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, bu, yetərli deyil”.
Mübariz Qurbanlı: Dərsliklərdə dinlə bağlı məlumatlar var, amma...

Bakı. İlhamə İsabalayeva - Trend:

“Orta məktəblərimizin “Tarix” və “Həyat bilgisi” dərsliklərində dinlə bağlı məlumatlar var. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, bu, yetərli deyil”.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq Rusiyada orta məktəb proqramlarında dinlə bağlı məsələlər daha da genişləndirilib. İspaniyada da orta məktəblərdə uşaqlara dinlə bağlı mükəmməl məlumat verilir. İnsanın dinlə bağlı mükəmməl məlumatı varsa, o, başqalarının təsirini altına düşmür. Çünki ağıllı adamı yoldan çıxarmaq mümkün deyil”.

M.Qurbanlı heasab edir ki, evdə hər bir valideyn də öz övladına dinimizi, mənəvi dəyərlərmizi izah etməyə çalışmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti