...

Ermənistan və Gürcüstan Kürə qənim kəsiliblər

Cəmiyyət Materials 22 Dekabr 2016 11:36 (UTC +04:00)
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.22-7.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Ermənistan və Gürcüstan Kürə qənim kəsiliblər

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabrın II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın II ongünlüyündə Kür çayında suyun sərfi dekabrın I ongünlüyünə nisbətən 2 kubmetr/san azalaraq 189 kubmetr/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Dekabrın II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, I Şahsevəndə 2.4, Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.22-7.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti