...

Yeni dini icmalar qeydiyyatdan keçib (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2016 15:22 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib
Yeni dini icmalar qeydiyyatdan keçib  (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və mövcud qanunvericilik dövlət-din münasibətlərini yüksək səviyyədə nizamlayır. Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışının nümunəvi xarakter daşıdığını vurğulayan Komitə sədrinin birinci müavini ölkəmizin dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyi olduğunu diqqətə çatdırıb.

Yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə tövsiyələrini verən S.Salahlı onların yerlərdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyini vurğulayıb.

Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə dini maarifləndirmə tədbirlərində, qeyri-ənənəvi dinlərə qarşı mübarizədə daha fəal iştirak etmələrini tövsiyə edib.

Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti