...

Olimpiada qalibləri olan “Gənc istedadlar”a diplomlar verilib (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2016 17:03 (UTC +04:00)
BDU nəzdində fəaliyyət göstrən “Gənc istedadlar” liseyi üzrə 7 və 8-ci siniflər arasında baş tutan məktəblilər arası fənn olimpiadasının qaliblərini mükafatlandırma mərasimi keçirilib.
Olimpiada qalibləri olan “Gənc istedadlar”a diplomlar verilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) nəzdində fəaliyyət göstrən “Gənc istedadlar” liseyi üzrə 7 və 8-ci siniflər arasında baş tutan məktəblilər arası fənn olimpiadasının qaliblərini mükafatlandırma mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Liseyin direktoru, professor Qasım Hüseynov ənənəvi olaraq keçirilən olimpiada haqqında məlumat verib. Məlum olub ki, ayrı-ayrı fənlər üzrə 102 nəfərin iştirak etdiyi olimpiadada 38 nəfər 1, 2 və 3-cü yerlər üzrə qalib olub.

Şagirdlərə uğurlar arzulayan professor Q.Hüseynov gələcəkdə daha böyük nailiyyətlər əldə etmək istiqamətində tövsiyələrini verib.

Liseyin Təşklatı işlər üzrə direktor müavini, olimpiadanın təşkilatçısı, Məleykə Bayramova da, öz növbəsində, şagirdləri təbrik edib. Bildirib ki, fənn olimpiadasında qalib olmaq yuxarı siniflərdə Təhsil Nazirliyi tərəfindən keçiriləcək respublika olimpiadalarında iştirak imkanlarını artırır.

Sonra Q.Hüseynov qaliblərə diplomlar təqdim edib və uğurlar arzulayıb. Tədbir xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti