...

"Xətai" stansiyasının ikinci yolu bağlandı

Cəmiyyət Materials 23 Dekabr 2016 11:50 (UTC +04:00)
Bu gün Bakı Metropoliteninin “Xətai” stansiyasının 2014-cü ilin sonlarından təmirə bağlanan birinci yolu istifadəyə verilib.
"Xətai" stansiyasının ikinci yolu bağlandı

Bakı. Trend:

Bu gün Bakı Metropoliteninin “Xətai” stansiyasının 2014-cü ilin sonlarından təmirə bağlanan birinci yolu istifadəyə verilib.

Trend-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, artıq “Cəfər Cabbarlı” – “Xətai” stansiyaları arasındakı ikinci yolun təmirinə başlanılıb:

“Hazırda həmin yol təmirə bağlıdır. Təmir işləri təxminən bir il müddətinə davam edəcək”.

“Xətai” stansiyasının əhəmiyyətindən danışan qurumun sözçüsü xatırladıb ki, “Yaşıl xətt”in davamı olaraq “Xətai”dən “Həzi Aslanov” stansiyasındək Nobel prospekti boyunca 3 yeni stansiyanın tikintisi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti