...

Bilik Fondu müsabiqə qaliblərini mükafatlandırıb (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2016 17:25 (UTC +04:00)
Bilik Fondunun 10-25 yaşlı yeniyetmə və gənclər arasında “Vətənin pərvəri ol!” mövzusunda elan etdiyi ənənəvi şeir və rəsm müsabiqəsinə yekun vurulub.
Bilik Fondu müsabiqə qaliblərini mükafatlandırıb  (FOTO)

Bakı. Trend:

Bilik Fondunun 10-25 yaşlı yeniyetmə və gənclər arasında “Vətənin pərvəri ol!” mövzusunda elan etdiyi ənənəvi şeir və rəsm müsabiqəsinə yekun vurulub.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müsabiqəyə göndərilmiş rəsmlərdən ibarət sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi olub. Mükafatlandırma mərasiminə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Təhsil Nazirliyinin Yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, müsabiqə iştirakçıları, Fondun könüllüləri qatılıblar.

O.Səmədov müsabiqənin qalibləri olan yeniyetmə və gəncləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Akademiyanın rektoru Ömər Eldarov sərgidə nümayiş olunan rəsmlərin hər birini yüksək dəyərləndirdiyini bildirib, gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında belə tədbirlərin böyük rolu olduğunu qeyd edib.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, müsabiqənin münsiflər heyətinin üzvləri - Mirmehdi Ağaoğlu, Gülan Əzizxanlı deyiblər ki, gənc nəslin yaradıcı meyillərinin cilalanmasında, onların dünyagörüşünün inkişafında müsabiqələrin əhəmiyyəti var.

Müsabiqəyə Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Neftçala, Naftalan, Xocavənd, Ağstafa, Balakən, Ağdam, İsmayıllı, Şamaxı, Quba, Hacıqabul, Oğuz, Zaqatala, Xaçmaz, Cəbrayıl, Ağdaş, Saatlı, Ucar, Şirvan, Beyləqan, Xızı, İmişli və Şuşadan iki nominasiyada 219 iş (57 şeir və 162 rəsm) qəbul edilib.

Qaliblərə Fondun diplomları və hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti