...

Azərbaycanlı mütəxəssislər Çexiyada məktəbdənkənar təhsil müəssisələrinin işi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2016 19:01 (UTC +04:00)
Təhsil mütəxəssisləri məktəbdənkənar təhsil müəssisələrinin işi ilə tanışlıq məqsədi ilə 14-20 dekabrda Çexiyada olublar.
Azərbaycanlı mütəxəssislər Çexiyada məktəbdənkənar təhsil müəssisələrinin işi ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə, 12 metodist və dərnək rəhbərləri, müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılması və məktəbdənkənar təhsil müəssisələrinin işi ilə tanışlıq məqsədi ilə 14-20 dekabrda Çexiyada olublar.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu təlim səfəri Azərbaycan Təhsil Nazirliyi, Çexiyanın Azərbaycandakı səfirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil olunub.

Səfər zamanı Azərbaycan deleqasiyası Praqa, Brno və Pilzen şəhərlərinin tanınmış ekoloji və turizm təhsil təşkilatlarını ziyarət ediblər.

Brno şəhərində “Veronika” Ekoloji Universitetində təşkilatın təhsil sahəsindəki proqramlar və fəaliyyəti ilə tanışlıq keçirilib. Görüşdə Mərkəzin direktoru Mariya Krivakova ekoloji təhsil, yaşıl turizm, aqrar sənaye və kənd təsərrüfatının genişləndirilməsi haqqında ətraflı məlumat verib. Təşkilatda ənənəvi və təbii bağların sertifikatlaşdırılması barəsində informasiya verilub və sertifikatların verilməsi qaydaları müzakirə olunub. Həmçinin yerli bələdiyyələrlə, icmalarla və fermer ailələri ilə ekoloji yönümlü inkişaf proqramları ilə də tanışlıq keçirilib.

Daha sonra “Nadace Partnerstvi” Ətraf Mühit Əməkdaşlıq Fondu ilə tanışlıq təşkil olunub. Təşkilatınn əsas fəaliyyəti yaşıl turizm, məktəbli və gənclərin ekoloji sahəyə marağının artırılmasına yönləndirilib.

Təşkilatın ekologiya və turizm sahəsində Avropa İttifaqının lahiyələri barədə də məlumat verilib. Görüşdə Azərbaycan və Çexiya arasındakı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Əməkdaşlar tanışlıq çərçivəsində fond tərəfindən dəstəklənən “Open Gardens” proqramında açıq havada təşkil olunan bağı ziyarət ediblər.

2-ci gün Praqa şəhərində tarixi-etnoqrafik ərazidə fəaliyyət göstərən “Toulcuv-Dvur” Ekoloji mərkəzində görüş təşkil edilib. Mərkəzin direktoru Lenka Skoupa mərkəzin fəaliyyəti haqqında məlumat verib. Ekoloji mərkəzin əsas məqsədi şəhər mühitində təbii arealın qorunub-saxlanması, aqrobiomüxtəlifliyin zənginləşdirilməsidir. Mərkəzin ərazisində uşaq bağçası, hostel və “Green” restoran da fəaliyyət göstərir. Ekoloji mərkəzdə uşaq və gənclər üçün turların təşkil olunması və qısa proqramlar barəsində məlumatlar verilib. Görüşdən sonra əməkdaşlıq məsələləri müzakirə olunub və işgüzar diskusiya keçirilib.

Günün ikinci yarısında “Tereza” ekoloji mərkəzinin əlqaləndirici şəxsi olan, direktor Petr Danis ilə görüş keçirilib. Görüş çərçivəsində “Tereza” ekoloji mərkəzinin məktəblilər üçün “Eco-schools” (Ekoməktəb), Beynəlxalq “GLOBE” monitorinq proqramı və Beynəlxalq meşələr haqqında “LEAF” proqramları ilə tanışlıq təşkil olunub. Petr Danis müəllimlər və trenerlər üçün nəzərdə tutulmuş yeni təhsil proqramları haqqında məlumat verib. Görüşdə proqramlar və dərs vəsaitləri nümayiş olunub və bu proqramların Azərbaycanın məktəbdənkənar təhsilində tətbiq olunması barədə müzakirələr aparılıb.

3-cü gün Çexiyanın Pilzen şəhərində yerləşən “TECHMANİA” texnoloji mərkəzi ilə tanışlıq keçirilib. Səfər zamanı “TECHMANİA”-nın marketinq üzrə mütəxəsisi Jan Stepan mərkəzdə yerləşən texniki qurğular haqqında informasiya verib və müasir standartlara uyğun elmi ekspozisiyalar haqqında söhbətlər aparılıb. Daha sonra mərkəzdə yerləşən Planetarium bölməsinə ekskursiya təşkil olunub. Mərkəzdə fizika, kimya, astronomiya, biologiya və digər elm sahələrinə aid olan interaktiv ekspozisiyalar nümayiş olunur. Texnoloji mərkəzdə keçirilən proqramlar məktəbəqədər uşaqların, məktəbli və gənclərin intelektual və məntiqi düşüncə səviyyələrinin yüksəldilməsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti