...

Milli Məclisin sabiq sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi başladı

Cəmiyyət Materials 27 Dekabr 2016 11:07 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi başlayıb.
Milli Məclisin sabiq sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası yanvarın 5-nə təyin edilib.

İttihama görə, bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi, ev 10, mənzil 4 ünvanında yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovanı balta ilə qətlə yetirib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti