...

ADU-da "Yeni il xaricilərin gözü ilə" tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2016 14:21 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, həmçinin Yeni il münasibətilə “Yeni il xaricilərin gözü ilə” adlı bayram tədbiri keçirilib.
ADU-da "Yeni il xaricilərin gözü ilə" tədbiri keçirilib  (FOTO)

Bakı. Trend:

Dekabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın təşəbbüsü, Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə əcnəbi tələbələr və müəllimlər üçün 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, həmçinin Yeni il münasibətilə “Yeni il xaricilərin gözü ilə” adlı bayram tədbiri keçirilib.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, öncə tədbir iştirakçılarını salamlayan universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov hər kəsi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, eyni zamanda Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycanda bir çox ölkələrin nümayəndələrinin olduğunu bildirən Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova onların mənsub olduqları müxtəlif millətlərin öz adət-ənənələri ilə ölkəmizi daha maraqlı və zəngin etdiklərini söyləyib. O, əcnəbi tələbələrin fərqli mədəniyyətlərinin bir arada cəmləndiyi, multikultural ölkəmizdə Yeni ili daha gözəl keçirmələrini arzu edib.

ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib, uğurlar arzulayıb.
Tədbirdə ADU-nun Macar dili müəllimi Edina Dallas, İtalyan dili müəllimi Muscaritolo Stefano, koreyalı müəllim və tələbələr, habelə Konfutsi İnstitutunun əməkdaşları çıxışlarında öz ölkələrində Yeni ilin qarşılanması, bayramın qeyd olunması ilə bağlı müxtəlif adət-ənənələr barədə ətraflı məlumat veriblər. Eyni zamanda, Erasmus Mundus proqramı əsasında ADU-da təhsil alan Canan Özbaykal müxtəlif xalqların milli rəqslərini ifa edib.

Tədbir bayram şənliyi ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti