...

Bakıda marşrutlardan birinin hərəkətində DƏYİŞİKLİK edildi

Cəmiyyət Materials 27 Dekabr 2016 16:36 (UTC +04:00)
Bakıda marşrutlardan birinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakıda marşrutlardan birinin hərəkətində DƏYİŞİKLİK edildi

Bakı. Trend:

Bakıda marşrutlardan birinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qurumun mütəxəssissləri tərəfindən qeyd edilən ərazidə müvafiq araşdırma aparılıb və müəyyən olunub ki, 66 saylı marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi ("Ərəblinka" yaşayış sahəsi), əks istiqamətinə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin Nazim İsmayılov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olurdu.

Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri tərəfindən aparılan təhlilləri nəzərə alaraq, Nazim İsmayılov ("Ərəblinka" yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək, oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsi məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün həmin ərazinin sakinləri qeyd edilən marşrut xətlərindən istifadə edə bilərlər.

Həmçinin yaxın zamanda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılaraq 5.12 yol nişanının və digər yol hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlandırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi bildirir ki, 66 saylı marşrut xətti üzrə avtobuslar 03.01.2017-ci il tarixindən test rejimində yeni sxem üzrə hərəkət edəcək. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazlığı olmayacağı halda, bu hərəkət sxem təsdiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti