...

Metro stansiyalarında sərnişinlərə Şaxta baba və Qar qız sürprizi (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2016 10:18 (UTC +04:00)
"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında növbəti dəfə bayram əhvalı yaşadıb.
Metro stansiyalarında sərnişinlərə Şaxta baba və Qar qız sürprizi (FOTO)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında növbəti dəfə bayram əhvalı yaşadıb. Trend-in məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.

Tədbirə "28 may" metrostansiyasından start verilib. Tədbirdə Şaxta Baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.

Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb. Tədbir 2 gün davam edəcək.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC ötən il də bu cür tədbir keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti