...

BDU-nun müəllimi "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə" medalı ilə təltif olunub (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2016 13:53 (UTC +04:00)
BDU-nun müəllimi "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə" həsr olunmuş medalı ilə təltif olunub.
BDU-nun müəllimi "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə" medalı ilə təltif olunub  (FOTO)

Bakı. Trend:

BDU-nun müəllimi "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə" həsr olunmuş medalı ilə təltif olunub.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

BDU-nun Filologiya fakültəsinin müəllimi, Abay adına qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin rəhbəri Fatima Dursunova ikitərəfli münasibətlərin inkişafı, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə" həsr olunmuş bayram medalı ilə təltif edilib.

Mükafatın təqdimat mərasimi "Qazaxıstan-Azərbaycan" Dostluq Cəmiyyəti üzvlərinin iştirakı ilə Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilib.

Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi 2011-ci ilin may ayında Bakı Dövlət Universitetində açılıb. Mərkəzin mühüm vəzifələrindən biri qardaş Qazax xalqının mədəniyyətini yaymaq məqsədilə informasiya dəstəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti