...

Azərbaycan İranda yük terminalı tikintisində maraqlıdır (ÖZƏL)

Cəmiyyət Materials 30 Dekabr 2016 09:25 (UTC +04:00)
Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində İranın Astara şəhərində tikilən dəmir yolu vağzalında yük terminalının tikintisi üçün investisiya qoymaqda maraqlıdır.
Azərbaycan İranda yük terminalı tikintisində maraqlıdır (ÖZƏL)

Bakı. Fərhad Daneşvar, Ənvər Məmmədov - Trend:

Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində İranın Astara şəhərində tikilən dəmir yolu vağzalında yük terminalının tikintisi üçün investisiya qoymaqda maraqlıdır. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın dəmir yolunda əməliyyat məsələləri üzrə rəhbərinin müavini Hosseyn Aşuri deyib.

O deyib: "Azərbaycan 10 hektar ərazidə tikiləcək yük terminalına investisiya qoymağa hazır olduğunu bildirib. Bu təklif ötən həftə hər iki tərəfin nümayəndə heyətinin görüşü zamanı səsləndirilib".

H.Aşurinin sözlərinə görə, bu terminal sənaye malları, metal, eləcə də digər məhsulların yüklənməsi və boşaldılması üçün önəmli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti