...

ADU-da "Turan Mübarizi" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2016 14:50 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) "Turan Mübarizi" kitabının təqdimat mərasimi keçirilib
ADU-da "Turan Mübarizi" kitabının təqdimat mərasimi keçirilib  (FOTO)

Bakı. Trend:

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, yazıçı, professor Yəhya Caniyarın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Milli Məclisin deputatı Fərəc Quliyev, İslam ölkələri jurnalistləri Assosiasiyasının sədri, əməkdar jurnalist, tanınmış yazıçı və publisist, filologiya üzrə fəlsəfə doktoru Fazil Abbasov, Azərbaycan Rus İcmasının İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Soixnuşina Nina İvanovna, Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova, eyni zamanda universitetin müəllim və tələbələri iştirak ediblər.

Öncə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ə.Əliyev Mübariz İbrahimovun türk xalqlarının qəhrəmanlığını bütün dünyaya sübut etdiyini bildirib, onun həyatını işıqlandırmağın böyük şücaət olduğunu qeyd edib. Professor Ə.Əliyev professor Yəhya Caniyara belə bir qəhrəmanlıq səlnaməsini ərsəyə gətirdiyi üçün təşəkkürünü bildirib.

M.İbrahimovun xalqımızın igidlik nümunəsi olduğunu söyləyən ADU-nun Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov onun timsalında xalqımızın məğlubedilməz qəhrəmanlığından söz açıb, ölümsüzlük fəlsəfəsinin əsasını qoyduğunu, öz ölümü ilə əbədi qəhrəmanlığa qovuşduğunu deyib. “Turan Mübarizi” kitabının oxucularda vətənpərvərlik hissinin möhkəmlənməsində, M.İbrahimov kimi ölməz qəhrəmanların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Professor Fikrət Cahangirov kitab haqqında məruzə ilə çıxış edib, ətraflı məlumat verib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev tədbirin ərsəyə gəlməsinə görə universitet rəhbərliyinə təşəkkür edib, “Turan Mübarizi” kitabının dünya xalqlarına Azərbaycan xalqının vətənpərvərliyini, igidliyini sübut edəcəyini söyləyib. Eyni zamanda o, kitabın motivi əsasında filmlərin çəkiləcəyinə ümid etdiyini, habelə dünya ictimaiyyətinə M.İbrahimovun həyatının daha yaxından tanıdılacağını deyib.

Digər çıxış edənlər də kitab haqqında təəssüratlarını bölüşüblər, müəllifi təbrik ediblər.
Xalq artisti Niyaməddin Musayev vətənpərvərlik mövzusunda mahnı ifa edib. Sonra ADU tələbələri M.İbrahimovun qəhrəmanlığını əks etdirən tamaşa da nümayiş etdiriblər.
Tədbir çərçivəsində professor Y.Caniyarın həyatı haqqında ADU TV tərəfindən hazırlanmış sənədli film nümayiş olunub.

Sonda professor Yəhya Caniyar universitet rəhbərliyinə tədbirin təşkil olunmasına görə dərin minnətdarlığını bildirib. “Turan Mübarizi” kitabının ərsəyə gəlməsində M.İbrahimov kimi vətənpərvərlik ruhunda böyüyən qəhrəmanlarımızın, həmçinin xalqımızın müxtəlif tarixi dövrlərdə üzləşdiyi faciələrin böyük rolu olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti