...

UNEC müəllimləri mükafatlandırılıb

Cəmiyyət Materials 30 Dekabr 2016 16:12 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırılıb.
UNEC müəllimləri mükafatlandırılıb

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilən müəllimlərlə görüşən rektor, professor Ədalət Muradov universitet kollektivinə yeni ildə uğurlar, həmrəylik arzulayıb və universitetdə keyfiyyətli təhsil uğrunda aparılan işlərə dəstək olan müəllimlərə təşəkkürünü çatdırıb.

UNEC-in çox böyük kadr potensialına malik olduğunu xüsusi vurğulayan Ə.Muradov müəllimlərin nüfuzunun yüksəldilməsi məqsədilə reallaşdırılan layihələrdən və görüləcək işlərdən danışıb. Rektor müəllim peşəsinin aliliyini təbliğ edən “Müəllim güc mənbəyidir” və digər bu kimi layihələrin icrasına önəm verildiyini qeyd edib.

Tədbirdə bir qrup müəllimə UNEC-in “Fəxri Fərman”ı təqdim edilib.

Sonda rektor və müəllimlər 2017-ci ildə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparıblar.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti