...

"Koroğlu" stansiyasında 15 dayanacaq pavilyonu yaradılıb (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2016 17:02 (UTC +04:00)
Metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.
"Koroğlu" stansiyasında 15 dayanacaq pavilyonu yaradılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, agentlik tərəfindən quraşdırılan dayanacaqlar üzərinə ictimai nəqliyyatda davranış qaydalarına dair maarifləndirici məlumatlar vurulub.

Qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə şəhərətrafı qəsəbələrdən 29 marşrut xətti üzrə sərnişin avtobusları daxil olur.

Dünya Azərbaycanlılarının Həmrəlik Günü və Yeni il bayramı münasibəti ilə Bakı Nəqliyyat Agentliyi bu gün Nəqliyyat Mübadilə Mərkəzinin kiçik sərnişinləri üçün də surpriz hazırlayıb. Belə ki, BNA-nın əməkdaşları gün ərzində mərkəzə gələn balaca sərnişinlərimizə bayram hədiyyələri təqdim edib. Hədiyyə paketləri ilə yanaşı, uşaqlara ictimai davranış qaydaları haqqında maarifləndirici materiallar da təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti