...

BANM-in Prezident təqaüdçüsü: Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib

Cəmiyyət Materials 6 Yanvar 2017 10:56 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Fatimə Abdinli cavablandırır.
BANM-in Prezident təqaüdçüsü: Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Fatimə Abdinli cavablandırır.

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

- Mən Abdinli Fatimə Surxay qızı 1997-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəb illərində əla qiymətlərlə oxumuşam. Bu ilki qəbul imtahanında iştirak edərək Bakı Ali Neft Məktəbinə daxil olmuşam. İxtisasım kimya mühəndisliyidir.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- İmtahanlardan öncə qarşıma məqsəd qoymuşdum. Çünki həmişə Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olmuşam və məqsədimə çatmaq üçün bəzən asan olmasa da, çox çalışmışam.

- Nə qədər bal topladınız?

- 695 bal toplamışam.

- Niyə məhz BANM-i seçdiniz?

- Azərbaycanda nömrə bir olan Bakı Ali Neft Məktəbində təhsil yüksək səviyyədə olduğu üçün mən də məhz bu universiteti seçdim. Bu ali təhsil ocağına daxil olmaq mənim məqsədim idi.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Ailəm mənə bütün verdiyim qərarlarda hər zaman dəstək olub və arxamda dayanıb. Buna görə də mən həmişə ailəmə minnətdaram.

- Ən böyük arzunuz nədir?

- Müxtəlif ölkələrə səyahət etmək, müxtəlif yerləri gəzmək, şəhərləri görmək, hər bir ölkənin maraqlı yerlərində olmaq ən böyük arzumdur.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- İxtisasım kimya mühəndisliyidir. Bu ixtisas Azərbaycanda çox inkişaf edib və mənim də bu sahəyə böyük marağım var. Gələcəkdə bu sahə üzrə yüksək ixtisaslı mütəxəssis olacağıma inanıram.

- Hobbiniz nədir?

- Dərsdən kənar vaxtlarımda velosiped sürmək və kitab oxumağı xoşlayıram.

- Başqa hansı maraqlarınız var?

- Futbol ilə maraqlanıram.

- Hansı janrda kitabları oxuyursunuz?

- Detektiv janrında olan kitabları oxumağı sevirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti