...

Bakı-Sumqayıt qatarları gündüz saatlarında da hərəkət edəcək

Cəmiyyət Materials 6 Yanvar 2017 17:54 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC gələcəkdə Bakı-Sumqayıt elektrik qatarlarının gündüz reyslərini işə salmağı planlaşdırır.
Bakı-Sumqayıt qatarları gündüz saatlarında da hərəkət edəcək

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Dəmir Yolları” QSC gələcəkdə Bakı-Sumqayıt elektrik qatarlarının gündüz reyslərini işə salmağı planlaşdırır.

Bunu Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov deyib.

O qeyd edib: “Məsələ burasındadır ki, hazırda Bakı-Keşlə və Keşlə-Biləcəri sahələrində təmir işləri gedir. İşlər gündüz vaxtı aparılır, ona görə də biz qatarları səhər saat 09:00-dan günorta 16:00-dək işə salmırıq. İşlər başa çatdıqdan sonra saat 14 və 16 arasında reysə iki qatar salmağı planlaşdırırıq”.

Qeyd edək ki, yanvarın 7-dən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 08:00, 08:30, 08:55, 16:00, 17:30, 18:05, 18:30, 18:45, 19:10, 19:40 və 20:30-da, Sumqayıt sərnişin stansiyasından isə 07:10, 07:30, 07.45, 08:00, 08:50, 09:17, 09:50, 16:55, 18:18, 18:50 və 19:30-da yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti