...

Naxçıvan-Məşhəd qatarının hərəkət qrafiki dəyişəcək

Cəmiyyət Materials 6 Yanvar 2017 18:32 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan-Məşhəd sərnişin qatarının hərəkət qrafikini optimllaşdırmağı planlaşdırır.
Naxçıvan-Məşhəd qatarının hərəkət qrafiki dəyişəcək

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan-Məşhəd sərnişin qatarının hərəkət qrafikini optimllaşdırmağı planlaşdırır.

Bunu Trend-ə QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov deyib.

Onun sözlərinə görə, sərnişinlərin bu marşruta böyük marağı var:

"Ötən gün artıq ikinci Naxçıvan-Məşhəd qatarı yola salındı. Bazar günü isə üçüncü qatar göndəriləcək. Biletlər artıq satışdadır. İnanıram ki, bu layihə uğurlu olacaq. Belə ki, həm Naxçıvanda, həm də İranda sərnişinlərin bu marşruta böyük marağı müşahidə olunur".

M.Şıxəmirov bildirib ki, qatarın hərəkət qrafikinin optimallaşdırılması üzərində iş gedir: "Biz istərdik ki, qatar Naxçıvandan indiki kimi səhər saatlarında deyil, saat 11-12 radələrində yola düşsün. Bu, Bakı aeroportundan Naxçıvana gələn sərnişinlər üçün də rahat olardı. Bu halda onlar qatara çata bilərlər və Naxçıvanda gecələməyə ehtiyac qalmaz".

QSC rəsmisi əlavə edib ki, qrafikə Novruz bayramından sonra dəyişiklik ediləcək: "Bu məsələ İran tərəfi ilə razılaşdırılıb".

Qeyd edək ki, Naxçıvan-Məşhəd sürət qatarı dekabrın 29-dan istifadəyə verilib. Qatar İranın Culfa, Təbriz və Tehran şəhərlərində də dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti