...

Sabahın havası: duman, çiskin, yağış

Cəmiyyət Materials 10 Yanvar 2017 12:53 (UTC +04:00)
Yanvarın 11-də Azərbaycan ərazisindən gözlənilən hava şəraiti açıqlanıb.
Sabahın havası: duman, çiskin, yağış

Bakı. Trend:

Yanvarın 11-də Azərbaycan ərazisindən gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 2-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, ayın 12-13-də atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, çiskin, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti