...

Şəmkirdə kənd məktəbindəki qalmaqalla bağlı araşdırmalar başladı

Cəmiyyət Materials 12 Yanvar 2017 11:28 (UTC +04:00)
Şəmkir rayonu M.Süleymanov adına Aşağı Seyfəli kənd orta məktəbindəki qalmaqalla bağlı Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.
Şəmkirdə kənd məktəbindəki qalmaqalla bağlı araşdırmalar başladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Şəmkir rayonu M.Süleymanov adına Aşağı Seyfəli kənd orta məktəbindəki qalmaqalla bağlı Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən araşdırmalara başlanılıb. Bu barədə Trend-ə şöbədən məlumat verilib.

Bildirilib ki, araşdırma aparılması üçün məktəbə nümayəndələr göndərilib. Araşdırmalara hər iki tərəf, yəni həm məktəb direktoru Akif Namazov, həm də məktəbdə laborant işləmiş Xatirə Əliyeva cəlb edilib.

Qeyd edək ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndindəki M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva məktəb direktoruna qarşı bəzi ittihamlar irəli sürərək diplomu tanınmayan müəllimlərdən külli miqdarda rüşvət aldığını, direktorun Təhsil Nazirliyinin adından istifadə edərək müəllimlərdən pul yığdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti