...

Qrant müqavilələrinin qeydə alınması proseduru dəyişdirildi

Cəmiyyət Materials 12 Yanvar 2017 16:34 (UTC +04:00)
Azərbaycanda qrant müqavilə və qərarlarının qeydə alınması ilə bağlı dəyişiklik edilib.
Qrant müqavilələrinin qeydə alınması proseduru dəyişdirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qrant müqavilə və qərarlarının qeydə alınması ilə bağlı dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası”nda dəyişiklik edilib.

Yeni qərara əsasən, qrant müqavilələri bağlanıldığı (verildiyi) vaxtdan 30 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. İndiyədək isə bu müddət 15 gün idi.

Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini qeydə alan orqana donor tərəfindən 7 (indiyədək 3 gün) gündən gec olmayaraq, təqdim olunmalıdır.

Yeni qərarla müqavilələrin qeydə alınması üçün tələb olunan bəzi sənədlər ləğv edilib.

Bununla yanaşı, indiyədək qeydiyyat orqanı tərəfindən araşdırılan bir çox məsələlərə həm də Azərbaycanın rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycanın qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu məsələsi də daxil idi.

Yeni qərarla isə bu məsələ qeydiyyat orqanı tərəfindən araşdırılmayacaq. Qaydalara edilən əlavələr əsasında qeydiyyat orqanları bundan sonra qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsini yoxlayacaqlar.

Qərara görə, sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti