...

FHN-nin dəm qazı ilə bağlı əhaliyə müraciəti (VİDEO)

Cəmiyyət Materials 12 Yanvar 2017 16:19 (UTC +04:00)
Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
FHN-nin dəm qazı ilə bağlı əhaliyə müraciəti (VİDEO)

Bakı. Trend:

Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Bu barədə Trend nazirliyin saytına istinadən xəbər verir.

Müraciətdə deyilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Təhlükə zamanı 112-yə zəng edin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti