...

Pəhrizsevərlərin nəzərinə - Bu qidalar kökəlməyə səbəb olur

Cəmiyyət Materials 13 Yanvar 2017 09:26 (UTC +04:00)
Hamburger, steyk və qərb mətbəxindən olan bu kimi yeməklər kökəlməyə səbəb olur.
Pəhrizsevərlərin nəzərinə - Bu qidalar kökəlməyə səbəb olur

Bakı. Trend:

Hamburger, steyk və qərb mətbəxindən olan bu kimi yeməklər kökəlməyə səbəb olur.

Trend-in məlumatına görə, bir qrup alimin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu tip yemək növləri, eləcə də şirniyyatlar endokannabinoidlər istehsal etməklə bədənin enerji balansını idarə edən beyin reseptorlarına narkotik vasitə kimi təsir göstərir və nəticədə insan daha çox yemək istəyir.

Alimlər tədqiqat zamanı siçanlara iki ay müddətində tərkibində şəkər və yağın bol olduğu qidalar verərək onlar üzərində müşahidə aparıblar. Nəticədə siçanlarda kəskin piylənmə və çox yemək istəyi yaranıb. Bu cür qidaların verilməsi dayandırıldıqdan bir müddət sonra isə siçanlarda güclü iştaha aradan qalxıb.

Xəbər lenti

Xəbər lenti