...

ADU-da “Konfutsi İnstitutlarının fəaliyyətlərinin aktual məsələləri” seminarı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2017 10:38 (UTC +04:00)
ADU-da “Konfutsi İnstitutlarının fəaliyyətlərinin aktual məsələləri” adlı seminar keçirilib.
ADU-da “Konfutsi İnstitutlarının fəaliyyətlərinin aktual məsələləri” seminarı keçirilib (FOTO)

Bakı. Trend:

ADU-da “Konfutsi İnstitutlarının fəaliyyətlərinin aktual məsələləri” adlı seminar keçirilib.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin təşəbbüsü olan “Bir kəmər bir yol” kontekstində “Konfutsi İnstitutlarının fəaliyyətlərinin aktual məsələləri” adlı elmi seminar keçirilib.

Seminarda açılış nitqi ilə çıxış edən adıçəkilən İnstitutun Azərbaycan tərəfindən müdiri professor Rafiq Abbasov iqtisadi və trans-Avrasiya nəqliyyat dəhlizlərinin yaranmasına yönəlmiş “İqtisadi kəmər - İpək yolu” layihəsində Azərbaycanın iştirakı sahəsində elmi tədqiqatların aparılmasının Konfutsi İnstitutunun əsas istiqamətlərindən biri olduğunu bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Dövlət Şurası sədrinin birinci müavini Can Qaoli ilə olan son görüşündən danışaraq, Azərbaycanın Çin və Avropa nəqliyyat marşrutunda mühüm tranzit rolu oynadığını da qeyd edib. Konfutsi İnstitutunun Çin tərəfindən müdiri xanım Li Jihua Böyük İpək Yolunu əhatə edən ölkələr arasında çoxtərəfli əlaqələrin genişlənməsi sahəsində elmi tədqiqatların əhəmiyyətini vurğulayaraq, ötən il ərzində adıçəkilən İnstitut tərəfindən Azərbaycan və Çin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığa həsr olunan 20-dən çox elmi seminarın keçirildiyini söyləyib.

Seminarda iştirak edən universitetin Xarici dillər kafedrasının müdiri Salman Nuriyev Konfutsi İnstitutlarının XI Dünya Konqresində iştirak etdiyini bildirib. O, Konfutsi İnstitutunun informasiya resurslarının inkişafına dəstəyindən söz açıb, həmçinin yay düşərgələri və Konfutsi İnstitutu gününün təşkili daxil olmaqla Konfutsi İnstitutlarının beynəlxalq əlaqələrinin inkişafının prioritet istiqamətlərindən məlumat verib.

Sonda Konfutsi İnstitutunun elmi-tədqiqi və pedaqoji fəaliyyətinin inkişafının əsas məsələləri ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti