...

92 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Cəmiyyət Materials 13 Yanvar 2017 14:08 (UTC +04:00)
Bakıda daha bir marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
92 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib: "Belə ki, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti