...

Bu prospektdə hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 13 Yanvar 2017 16:28 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.
Bu prospektdə hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Bakının Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq, Nəriman Nərimanov prospekti yenidən qurulur.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 16-dan etibarən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturu yaradılacaq.

Prospektin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən 2-5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7-17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23.5 metr təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti