...

Ötən il Bakıda törədilən cinayət hadisələrindən 14-ü açılmayıb (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2017 17:26 (UTC +04:00)
Ötən il Bakıda törədilən 14 cinayət hadisəsi açılmamış qalıb.
Ötən il Bakıda törədilən cinayət hadisələrindən 14-ü açılmayıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Ötən il Bakıda törədilən 14 cinayət hadisəsi açılmamış qalıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, bu barədə yanvarın 13-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə keçirilən 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, ötən il ərzində qəsdən adam öldürmə, quldurluq cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 9 quldurluq cinayətləri, 3 ölümlə nəticələnən yol-nəqliyyat hadisələri açılmamış qalıb.

Həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti