...

Azərbaycanda "elektron pul qabı" istifadəyə verildi

Cəmiyyət Materials 16 Yanvar 2017 08:00 (UTC +04:00)
"Wallet One" beynəlxalq ödəniş sistemi Azərbaycanda "elektron pul qabı"nı istifadəyə verib
Azərbaycanda "elektron pul qabı" istifadəyə verildi

Bakı. Hüseyn Vəliyev - Trend:

"Wallet One" beynəlxalq ödəniş sistemi Azərbaycanda "elektron pul qabı"nı istifadəyə verib.

Bu barədə Trend-ə elektron ödəniş sistemi bazarındakı mənbə bildirib.

"Wallet One" sistemi internet vasitəsilə xidmətlərin ödənişi, pulköçürmə və s. kimi maliyyə əməliyyatlarının aparılması üçün tətbiq edilir. Elektron pul qabının balansını "eManat" ödəniş terminalları vasitəsilə, bank kartlarından istifadə ilə onlayn şəkildə və banklarda doldurmaq olar.

"Elektron pul qabı"nın köməyi ilə mobil telefon və ya kompüter vasitəsilə mal və xidmətlərə görə sürətli ödənişlər etmək olar.

Bu tətbiq "iOS" və "Android" əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlçatandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti