...

Maral göldə qanunazidd hərəkət edənlərin kimliyi müəyyənləşdirilib

Cəmiyyət Materials 16 Yanvar 2017 09:25 (UTC +04:00)
Maral göl ərazisində bir qrup şəxsin törətdiyi qanunazidd hərəkətlərlə bağlı araşdırmalara başlanılıb.
Maral göldə qanunazidd hərəkət edənlərin kimliyi müəyyənləşdirilib

Bakı. Trend:

Maral göl ərazisində bir qrup şəxsin törətdiyi qanunazidd hərəkətlərlə bağlı araşdırmalara başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, bir qrup şəxs xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqal qoyub kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar.

Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd hərəkətlərlə bağlı ETSN tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, yanvarın 3-də Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Aparılan araşdırma zamanı o da müəyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər. Yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda, Göygöl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənkarlığa görə, onlara qarşı qanunvericiliyə uygun intizam cəzası tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti