...

Baş Prokurorluğun 5 əməkdaşı barədə cinayət işinin istintaqı yekunlaşıb

Cəmiyyət Materials 16 Yanvar 2017 11:08 (UTC +04:00)
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Baş Prokurorluğun 5 əməkdaşı barədə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluğun 5 əməkdaşı barədə cinayət işinin istintaqı yekunlaşıb

Bakı. Samir Əli -Trend:

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Baş Prokurorluğun 5 əməkdaşı barədə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Trend-in məlumata görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmin cinayət işləri məhkəməyə göndərilib: "Bundan başqa, daxil olmuş müraciətlər nəticəsində Baş İdarənin təqdimatı əsasında Baş Prokuror Zakir Qaralovun əmri ilə 3 prokurorluq əməkdaşı cəzalandırılıb. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfər isə işdən azad edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti