...

"Tufan" sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirildi (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2017 11:45 (UTC +04:00)
"Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.
"Tufan" sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirildi (FOTO)

Bakı. Trend:

"Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub, “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub və xidməti istifadəyə verilən xüsusi təyinatlı texnikalara baxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti