...

Maralgöldə qanunazidd hərəkət edənlər cərimələndi, parkın işçiləri qovuldu

Cəmiyyət Materials 16 Yanvar 2017 15:24 (UTC +04:00)
Qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.
Maralgöldə qanunazidd hərəkət edənlər cərimələndi, parkın işçiləri qovuldu

Bakı. Trend:

Göygöl Milli Parkının Maralgöl ərazisində 3 yanvar 2017-ci il tarixində müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinə əsasən onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimə edilib.

Eyni zamanda Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti